GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəLayihələrİcra olunmuş layihələr

“GEAD” İB Layihə Müsabiqəsinin Qalibi Olub

“GEAD” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il tarixlərində 8-ci qrant müsabiqəsinə təqdim etdiyi “Gəncə keçmişin mirası gələcəyin mədəniyyət nümunəsi kimi adlı layihəsi müsabiqənin qalibi olub. Gəncə şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmaqla yanaşı “İpək yolu” üzərində yerləşməsilə onu Avropanın da mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri hesab etmək olar. Buna görə də paytaxt Bakı qədər Gəncə şəhərinin də dünya ictimaiyyətinə tanıdılması aktual bir məsələdir.

Bildiyimiz kimi Gəncə şəhəri Avropa Gənclər Formunun təşkilatçılığı ilə keçirilən son müsabiqənin nəticəsi olaraq 2016-cı il üçün “Avropanın Gənclər Paytaxtı” elan olunmuşdur. Təbii ki, bu uğur Azərbaycanın, eləcə də, Gəncəmizin Avropaya tanıdılması üçün real zəmin formalaşdıracaqdır. Bununla bağlı əcnəbi qonaqların Gəncəyə axını artacaq və 2016-cı il boyunca ölkə rəhbərliyi tərəfindən bir sıra yerli və beynəlxalq miqyaslı tədbirlər həyata keçiriləcəkdir. Gələn qonaqlara Gəncəmizin tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini, iqlimini, fauna və florasını, turizmini, kulinariyasını, milli mədəniyyət abidələrini və tarixi simalarını düzgün tanıtmağa ehtiyac vardır. “GEAD” İB olaraq “Gəncə keçmişin mirası gələcəyin mədəniyyət nümunəsi kimi” adlı ingilis dilində kitab nəşr etdirməklə bu zəruri ehtiyacı aradan qaldırmağı nəzərdə tutur. Yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə hazırlanan bu kitab Gəncənin tarixi və mədəniyyəti haqqındakı məlumatların daha dəqiq və dolğun şəkildə Avropa ictimaiyyətinə çatdırılmasına xidmət edəcəkdir.

Layihə çərçivəsində ingilis dilində nəşr olunacaq kitabda Gəncənin tarixi və mədəniyyəti haqqındakı məlumatların Avropa ictimaiyyətinə çatdırılması və təbliği nəzərdə tutulur. Kitabın Azərbaycanda və bir neçə Avropa ölkəsində təqdimatını keçirməklə Gəncə şəhərinin 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsinin təsadüfi olmadığı göstərilməyə çalışılacaq.

1273 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər