GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəKitabxanaYeni kitablar

“Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb

Fil.ü.e.d., prof. Əzizxan Tanrıverdinin “Koroğlu”nun şeir dili” kitabı işıq üzü görüb. Kitabın redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), rəyçiləri - professorlar Ramazan Qafarlı, Məhərrəm Məmmədli, fil.ü.e.d. Seyfəddin Rzasoy və İlham Abbasovdur.

Yeni nəşrdə “Koroğlu” eposunun şeir dili tədqiq edilir, obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə təzahürü sistemli şəkildə araşdırılır, ümumilikdə şeirlərin semantikasını şərtləndirən məsələlərin hər birinə münasibət bildirilir. Kitabda “Koroğlu” dastanının “Dədə Qorqud kitabı”nın məntiqi davamı kimi meydana gəlməsi tutarlı dil faktları ilə əsaslandırılır, eyni zamanda şeir parçalarında rast gəlinən arxaik dil vahidləri tarixi-linqvistik müstəvidə təhlil olunur.

www.science.gov.az

1409 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər