GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXaricdə təhsilDoktorantura

GRE


GRE imtahanı ABŞ başda olmaqla ingilis dilli ölkələrdə və təhsil dili ingilis dili olan bir çox digər təhsil müəssisələrində bakalavrdan sonrakı təhsil istiqamətində xüsusilə biznes proqramlarına qəbul üçün tələb olunan standatlaşdırılmış ingilis dilində keçirilən test imtahanıdır. İmtahan verbal  və riyazi təfəkkürü, analitik yazı yazma və tənqidi düşünmə qabiliyyətlərini ölçmək üçün nəzərdə tutulub. Ümumiyyətlə kompyuter əsasında aparılır və hər hansı bir elm sahəsində xüsusi biliyə malik olmağı tələb etmir. 160-dan çox ölkədə təxminən 700-ə yaxın test mərkəzində imtahana girmək mümkündür. Kompyuter əsasında imtahan vermək mümkün olan bir çox ölkədə imtahan ay ərzində bir neçə dəfə keçirilir. Azərbaycan və kompyuter əsasında imtahanın hələ ki mümkün olmadığı bəzi ölkələrdə isə imtahan kağız əsasında aparılır və il ərzində cəmi üç dəfə keçirilir : oktyabr, noyabr və fevralda. Qeydiyyatdan keçmək üçün www.ets.org saytına daxil olub, onlayn müraciət etmək lazımdır. İmtahana giriş haqqı 185 dollardır. İmtahan nəticəsində verilən sertifikat 5 il ərzində etibarlı sayılır.

GRE imtahanı iki əsas kateqoriyadan ibarətdir:

1. Ümumi GRE imtahanı

2. Fənnlər üzrə GRE imtahanı

 

1. Ümumi GRE imtahanı.

İmtahanının bal sistemi ilə bağlı məlumatı aşağıdakı cədvəldən əldə etmək olar:

 

 

 

 

 

TEST STRUKTURU :

Test üç əsas bölmədən ibarətdir : Verbal təfəkkür, riyazi təfəkkür və analitik yazı yazma.

VERBAL TƏFƏKKÜR

Verbal təfəkkür sualları aşağıdakı qabiliyyətləri ölçmək üçün nəzərdə tutulub:

·         mövzunu analiz etmək və nəticə çıxarmaq, natamam verilənlər əsasında mühakimə aparmaq, müəllifin fərziyyələrini və ya mövqeyini göstərmək, verilən fikrin həqiqi və məcazi mənalarını başa düşmək;

·         əhəmiyyətli fikirləri ayırd etmək, əsas fikirləri ikinci dərəcəli fikirlərdən fərqləndirə bilmək, mətnin məzmunu ifadə etmək, mətnin strukturunu anlamaq;

·         sözlərin, cümlələrin və bütün mətnlərin mənalarını başa düşmək, sözlər və yanaşmalar(konseptlər) arasındakı əlaqələri qavramaq.

Ümumi olaraq desək Verbal təfəkkür bölməsi oxuduğunu anlamaq və mühakimə qabiliyyətlərini tətbiq edə bilmək bacarığını ölçür.

RİYAZİ TƏFƏKKÜR

Riyazi təfəkkür sualları aşağıdakı qabiliyyətləri ölçmək üçün nəzərdə tutulub:

·         riyazi (kəmiyyətlə ifadə olunan) informasiyanı anlamaq;

·         riyazi informasiyanı interpretasiya etmək və analiz etmək;

·         riyazi modellərdən istifadə etməklə məsələləri həll etmək;

·         sadə hesablamaları aparmaq, cəbr, həndəsə, ehtimal və statistikanın əsas anlayışlarını anlamaq və tətbiq etmək.

Riyazi hesablamaları asan və tez aparmaq üçün kompyuterin ekranında elektron kalkulyator olur, kağız əsasında aparılan imtahanlarda isə imtahan verən şəxsə kalkulyator verilir.

ANALİTİK YAZI YAZMA

Bu bölmə aşağıdakı qabiliyyətləri ölçmək üçün nəzərdə tutulub :

·         mürəkkəb ideyaları və fikirləri aydın və effektli şəkildə yazılı olaraq ifadə etmək;

·         müvafiq səbəb və nümunələrlə fikirlərini əsaslandırmaq və izah etmək;

·         iddiaları və əsaslanmış dəlilləri tədqiq etmək, analiz etmək;

·         diskussiyanı əsaslandırılmış və axıcı(ardıcıl) şəkildə təmin etmək;

·         İngilis dilinin standart yazılı qrammatika biliklərini müəyyənləşdirmək.

 

KOMPYUTER ƏSASINDA KEÇİRİLƏN İMTAHANIN STRUKTURU

Kompyuter əsasında keçirilən ümumi GRE imtahanı üçün ümumi vaxt 3 saat 45 dəqiqədir. Cəmi altı bölmə var və üçüncü bölmədən sonra 10 dəqiqəlik fasilə var. Aşağıdakı cədvəldə bunu daha ətraflı şəkildə görmək olar:

¹Hesablanmayan bölməsinin sualları imtahan verənin balına təsir etmir və bu suallar gələcəkdə istifadə edib etməmək, köhnə və yeni tip suaları müqayisə etmək məqsədi daşıyır. Amma imtahan verən şəxs bu tip sualların hansı suallar olduğunu bilmədiyi üçün bütün suallara eyni diqqətliliklə yanaşmalıdır.

 ²Tədqiqat bölməsinin sualları da imtahan verənin balına təsir etmir və bu suallar da adından göründüyü kimi tədqiqat xarakteri daşıyır. Əgər "hesablanmayan" bölməsindən sual olmasa onun əvəzinə tədqiqat sualları soruşulur. Amma "hesablanmayan" bölməsinin suallarından fərqli olaraq tədqiqat sualları bir qayda olaraq imtahanın sonunda soruşulur.

İmtahan vaxtı ilk öncə Analitik yazı yazma bölməsi, verbal təfəkkür, riyazi təfəkkür və hesablanmayan/tədqiqat bölmələri isə ixtiyari ardıcıllıqla gələ bilər.

 

Kompyuter əsasında keçirilən imtahan testinin xüsusiyyətləri :

Ümumi GRE imtahanı müasir texnologiya ilə elə dizayn edilmişdir ki, hər bölmədə əvvəlki suallara təkrar qayıtmaq və baxmaq imkanı vardır. Spesifik xüsusiyyətləri aşağıdakı şəkildə göstərmək olar :

·         Hər bir bölmə daxilində suallara ilkin və ya ümumi baxış imkanları;

·         Çətin sualları qeyd edib, sonra həmin suallara təkrar baxmaq üçün "işarələ və gözdən keçir" düyməsinin olması;

·         Hər bir bölmə daxilində sualların cavablarını dəyişmə imkanı;

·         Riyazi təfəkkür sualları üçün ekranda kalkulyatorun olması.

 

KAĞIZ ƏSASINDA KEÇİRİLƏN İMTAHANIN STRUKTURU

Kağız əsasında keçirilən ümumi GRE imtahanı üçün ümumi vaxt 3 saat 30 dəqiqədir. Cəmi altı bölmə var və ikinci bölmədən sonra 10 dəqiqəlik fasilə var. Aşağıdakı cədvəldə bunu daha ətraflı şəkildə görmək olar:

 

 

 

 

 

 

İmtahan vaxtı Analitik yazı yazma bölməsinin hissələri birinci gəlir, verbal və riyazi təfəkkür bölməsinin hissələri isə ixtiyari ardıcıllıqla gələ bilər. 

GRE testinin xüsusiyyətləri :

·         Çətin sualları qeyd edib, sonra həmin suallara təkrar qayıtmaq və əvvəlki cavabları dəyişmək imkanının olması;

·         Cavabların ayrıca cavab kartına deyil, test kitabçasının üstünə qeyd olunması;

·         Riyazi təfəkkür sualları üçün imtahan verən şəxsin kalkulyatorla təmin olunması.

 

2. Fənnlər üzrə GRE imtahanı.

Bu imtahan ildə üç dəfə- oktyabr, noyabr və apreldə sadəcə kağız əsasında aparılır. Bakalavrdan sonrakı təhsil üçün bəzi institutlar bu imtahanların nəticələrini tələb edirlər. Fənnlər üzrə GRE imtahanı 200-990 ball intervalında dəyişir. İmtahana giriş haqqı 150 dollardır. İmtahan xüsusi fənlərdən bilik və bacarığı ölçür. Bu fənnlər haqqında ətraflı məlumatı aşağıda görmək olar:

·         Biokimya, Hüceyrə və Molekular Biologiya üzrə GRE imtahanı: İmtahan təxminən 180 sualdan ibarət olur, biokimya, hüceyrə, molekular biologiya və genetikaya aid testləri əhatə edir.

·         Biologiya üzrə GRE imtahanı: İmtahan təxminən 200 sualdan ibarət olur, hüceyrə və molekular biologiya, üzvi biologiya, ekologiya və təkamülə aid testləri əhatə edir.

·         Kimya üzrə GRE imtahanı: İmtahan təxminən 130 sualdan ibarət olur, analitik, üzvi, qeyri-üzvi və fiziki kimyaya aid testləri əhatə edir.

·         Kompyuter elmləri üzrə GRE imtahanı: İmtahan təxminən 70 sualdan ibarət olur, proqram təminatı və metodologiyası, kompyuter sistemi və arxitekturası, nəzəri və riyazi biliyə aid testləri əhatə edir. (Qeyd: Kompyuter elmləri üzrə axırıncı GRE imtahanı 2013-cü ilin aprel ayında olacaq. Həmin tarixdən etibarən kompyuter elmləri üzrə GRE imtahanı ləğv ediləcək)

·         İngilis dilində ədəbiyyat üzrə GRE imtahanı: İmtahan təxminən 230 sualdan ibarət olur, ədəbi analiz, mədəni və tarixi kontekstlər, tarix və ədəbi tənqidin nəzəriyyəsinə aid testləri əhatə edir.

·         Riyaziyyat üzrə GRE imtahanı: İmtahan təxminən 66 sualdan ibarət olur, hesablama, cəbr və əlavə bəzi mövzulara aid testləri əhatə edir.

·         Fizika üzrə GRE imtahanı: İmtahan təxminən 100 sualdan ibarət olur, klassik mexanika, elektormaqnetizm, optika və dalğa fenomeni, termodinamika, kvant fizikası, atom fizikası, xüsusi nisbilik, laboratoriya metodları və xüsusi bəzi mövzulara aid testləri əhatə edir.

Psixologiya üzrə GRE imtahanı: İmtahan təxminən 205 sualdan ibarət olur, eksperimental, sosial və ümumi psixologiyaya aid testləri əhatə edir.

 

 

1754 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər