GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəFəaliyyətlərimizGörüşlər

“GEAD” İB-nin sədri dosent Məmmədəli Babaşlı professor Rasim Əliquliyevlə görüş keçirmişdir

 2011-ci il  dekabrın 14-də “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı AMEA və Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü və eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru texnika elmləri doktoru, professor Rasim Əliquliyevlə görüş keçirmişdir.

  İşgüzar şəraitdə keçən görüşdə professor Rasim Əliquliyevə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verilmiş,  həmçinin sözügedən qurumların gələcək əməkdaşlığının perspektivləri nəzərdən keçirilmişdir.
Professor Rasim Əliquliyev dosent Məmmədəli Babaşlının təşəbbüsünü bəyəndiyini ifadə etmiş, Azərbaycanın elmi mühitində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi kimi QHT-lərin fəaliyyət göstərməsinin vacibliyini qeyd etmiş, gənclərin elmi araşdırmalara cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

    Son olaraq, dosent Məmmədəli Babaşlının rəhbərlik etdiyi “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayan professor Rasim Əliquliyev  gələcəkdə adı çəkilən İctimai Birliklə hər cür elmi əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildirmişdir.

     Görüşün sonunda GEAD İB-nin sədri dosent M. Babaşlı səmimi keçən görüş üçün professor Rasim Əliquliyevə  təşəkkür etmişdir.

 

 

1014 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər