GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəLayihələrQrant müsabiqəsi

QHT-lərin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edildi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELAN EDİR 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
 

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

 

 

 

N

Müsabiqə mövzuları

1 layihənin maksimum məbləği

Müsabiqənin ümumi fondu

1.

İnsan hüquqlarının müdafiəsi və demokratiyanın inkişafı

10.000,0

100.000,0

2.

Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər

10.000,0

100.000,0

3.

Təhsil və mədəniyyətin inkişafı

10.000,0

100.000,0

4.

İctimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar televiziya və radio verilişləri, ictimai müzakirələr və debatlar

8.000,0

80.000,0

5.

Ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması

8.000,0

80.000,0

6.

Qadın, uşaq və ailə məsələləri

8.000,0

100.000,0

7.

Korrupsiya, insan alveri və narkomaniyaya qarşı mübarizə

10.000,0

100.000,0

8.

Region QHT-lərinin təşəbbüsləri

10.000,0

240.000,0

9.

Sosial məsələlər

10.000,0

100.000,0

10.

Azərbaycanda yaşayan xalqların mədəniyyətinin inkişafı

10.000,0

100.000,0

11.

Qaçqın, məcburi köçkün, müharibə əlili və şəhid ailələrinin sosial problemlərinin həllinə dəstək

10.000.0

100.000,0

 

CƏMİ

 

1.200.000

 

   

 

Müsabiqə siyasi və dini fəaliyyət, ayri-ayrı fərdlərə maddi yardım və təhsil üçün təqaüdlə bağlı müraciətləri dəstəkləmir.  

Ərizələr 03 dekabr 2012-ci il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya müsabiqə şərtlərinə uyğun şəkildə poçtla göndərilməlidir.

Ərizələrin qəbulu üçün son tarix:  28 dekabr 2012-ci il saat 13.00

Ünvan: AZ 1000, Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1.

Ərizə və ona əlavə olunan sənədlər yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (elektron daşıyıcılarda: CD diskdə və ya USB-də, Times New Roman şriftində) hazırlanmalı  və Şuranın Katibliyinə təqdim edilməlidir.

Əlavə 1: Ərizə forması

Əlavə 2: Layihə təklifi forması

Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat

Müsabiqənin nəticələri 2013-cü il martın 01-dən sonra elan olunacaq.

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 dekabr 2012-ci ildə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr.23-A) keçiriləcək.

Qeyd: Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az və www.qhtxeber.az internet saytlarında tanış olmaq olar.

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinə müraciət etmək olar.  

Tel /faks: (012) 493 17 80, 493 17 32.

E-mail:  ebagirli@cssn.gov.az

Əlavə
Ərizə forması
Layihə təklifi forması
Layihənin büdcəsinin hazırlanmasına dair təlimat
Müsabiqə qaydaları
Müsabiqə şərtləri 

1343 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər