GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəXəbərlər

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Elvin Hüseynov “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası”nın (NAYORA) sədri Azər Əliyevlə görüş keçirmişdir.

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Elvin Hüseynov “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası”nın (NAYORA) sədri Azər Əliyevlə görüş keçirmişdir. Görüşdə həmçinin, İctimai Birlik könüllülərinin kordinasiyası rəhbəri Ramin Abdullayev də iştirak etmişdir. 

“Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası”nın ofisində baş tutan görüş zamanı Elvin Hüseynov “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyi haqqında məlumat vermiş, İctimai Birliyin 2010-cu ildən fəaliyyət göstərdiyini, 14 layihə həyata keçirərək vətənimizin ictimai-mədəni həyatında aktiv rol oynadığını qeyd etmiş və təşkilatın məqsəd və vəzifələrindən bəhs etmişdir. O görüş zamanı bildirmişdir ki: Azərbaycanın elmi ənənələrini davam etdirmək, potensial imkanlarını üzə çıxarmaq məqsədi ilə gənclərin elmi araşdırmalarına müxtəlif istiqamətlərdə əlimizdən gəldiyi qədər dəstək verməyə çalışırıq. Gənclər arasında elmi araşdırmalara və mükəmməl təhsilə həvəs oyatmağa çalışırıq. Hətta xarici ölkələrdə təhsil alan və ya araşdırma aparan azərbaycanlı gəncləri ölkəmizin inkişafına öz töhfələrini vermələri üçün görüşlər keçirir, onlarla buradakı gənclərin əlaqələrini təmin etməyə səy göstəririk. Ölkə rəhbərliyinin iqtisadi potensialımızın intellekt kapitalına çevrilməsi istiqamətində atdığı addımları dəstəkləmək və gənclərin bu prosesdə fəal iştirakına nail olmağa çalışırıq. Bununla yanaşı gənclərin nüfuzlu təhsil müəssisələrində və elmi araşdırma mərkəzlərində tədqiqatçı kimi yetişmələri və təcrübə keçmələrinə əlimizdəki imkanlarla kömək edirik. Gənclərin elmi dünyagörüşünün formalaşması və müasir elmi-texnoloji yeniliklərə yiyələnməsi prosesində fəal iştirak etmələri bizim əsas məqsədlərimizdəndir. Bu məqsədə çatmaq üçün elmi tədbirlər, elmi konfranslar, seminarlar, dəyirmi masa və görüşlər, müxtəlif təyinatlı təlim kursları təşkil etməyə çalışırıq.

Görüş zamanı GEAD İctimai Birliyi ilə qısa tanışlıqdan sonra NAYORA-nın sədri Azər Əliyev hazırda icrası davam edən və keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat verərək təşkilatın gələcək fəaliyyət startegiyası ilə bağlı fikir mübadiləsi aparıb. O, eyni zamanda, NAYORA olaraq gənclər təşkilatlarına verilən dəstəyin səviyyəsi və təfərrüatları haqqında məlumat verib. Görüş, tərəflər arasında sual və təkliflərinin dinlənilməsi və digər prioritet mövzularda geniş müzakirələr ilə davam etmişdir. Sonda isə, Azər Əliyev İctimai Birlik heyətini NAYORA-nın yeni ofis məkanı ilə ətraflı tanış etmiş və gələcək perspertiv əməkdaşlıq imkanları ilə bağlı təkliflərini bildirmişdir.

689 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər