GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəManset Xəbərlər

Gənc tədqiqatçıların elmi dərəcələrin alınması istiqamətindəki qaydalarla bağlı maarifləndirilməsi

“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənc tədqiqatçıların elmi dərəcələrin alınması istiqamətindəki qaydalarla bağlı maarifləndirilməsi” layihəsinə start vermişdir.

Layihənin əsas məqsədi doktorantura və dissertanturada təhsil üçün nəzərdə tutulan müddətin səmərəli istifadə olunması, elmi dərəcənin alınması istiqamətində daha çox qarşılaşılan problemlərin vaxtında aşkarlanmasına kömək etməkdir. Həmçinin gənc tədqiqatçıların doktorantura və dissertanturaya qəbul imtahanlarından alimlik dərəcəsinin alınmasına qədər qarşılaşacağı problemlərin kompleks və sistemli şəkildə, vaxt itkisinə yol vermədən həll olunmasını təmin edəcək maarifləndirici vəsaitin hazırlanmasıdır.

Layihə Bakı şəhərində həyata keçiriləcəkdir. Layihə çərçivəsində hazırlanacaq vəsait doktorantura və dissertantura pillələrində təhsil almaq istəyən gənclərin qarşılaşacağı problemlərin həll olunmasına kömək edəcəkdir. Belə ki, bu layihə çərçivəsində gənc tədqiqatçılara istiqamətverici yaddaş kitabçasının hazırlanması nəzərdə tutulmuşdur. Hazırlanacaq vəsaitdə gənc tədqiqatçılara şağıda göstərilən istiqamətlər üzrə köməklik göstəriləcəkdir:

  • doktorantura və dissertanturaya sənədlərin qəbulu və ixtisas uyğunluğu;
  • qəbul imtahanları və müsabiqə şərtləri;
  • elmi rəhbərin təyin olunması;
  • fərdi iş planının hazırlanması;
  • attestasiyanın tələbləri;
  • doktorluq (minimum) imtahanlarına qoyulan tələblər;
  • dissertasiyaların və avtoreferatların tərtib edilməsi;
  • dissertasiyaların təqdim olunması və müdafiəsi qaydaları;
  • dissertasiyaların əsas nəticələrinin AAK-ın tələblərinə uyğun olaraq nəşr olunması və s. məsələlər ümumiləşdirilmiş vəsait formasında təqdim olunacaqdır.

Layihənin nəticəsi olaraq çap olunacaq vəsait elmi ictimaiyyətə təqdim olunacaq və müvafiq elmi-tədqiqat müəssisələrinə çatdırılması nəzərdə tutulmuşdur.

 

2164 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər