GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK
İctimai Birliyi
Magistr və Doktorantların nəzərinə!
GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK (GEAD) İctimai Birliyi elektron jurnalına məqalə qəbulu elan edir:
-Məqalə mətni Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) A4 formatlı standarta uyğun yığılır.
-Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul edilir;
-Məqalə mətni 5 səhifədən artıq olmamalıdır;
-Mətnin əvvəlində:
məqalənin adı
magistr və ya doktorantın soyadı, adı və atasının adı
e-mail ünvanı
ali təhsil müəssisəsinin adı
yazılmalıdır.
-Məqalədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:
• Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
• İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
• İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir, Məsələn, [3]
Təqdim edilən məqalələrdə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məqalələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.
Bu tələblərə uyğun gələn məqalələr ödənişsiz çap ediləcək.
Məqalələrin qəbul olunması üçün son tarix 15 noyabr 2016-ci il