GƏNCLƏRİN ELMİ ARAŞDIRMALARINA DƏSTƏK

İctimai Birliyi

Sorğu

GEAD İctimai Birliyinin fəaliyyəti haqqında məlumatı haradan əldə edirsiniz?



Lütfən şəkildə gördüyünüz yazını daxil edin

Ana səhifəMagistraturaGEAD magistr kitabçası

15. Magistrlik dissertasiyasının təqdimat mərhələləri

Magistrlik dissertasiyasının təqdimat mərhələləri

 

Magistrant dissertasiya işinin hazırlanması barədə vaxtaşırı kafedraya məlumat verir və dissertasiya işini tələb olunan məzmunda və formada yerinə yetirdikdən sonra elmi rəhbərinə təqdim edir.

Elmi rəhbər işi yoxladıqdan sonra özünün yazılı rəyi ilə birlikdə müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiya işinin bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və alınan nəticələrin yeniliyi və doğruluğu, nəzəri və praktiki əhəmiyyəti və həmçinin magistrantın fərdi xüsusiyyətləri qiymətləndirilir.

Dissertasiya işi kafedrada müzakirə olunduqdan sonra onun magistrlik dissertasiyası üçün irəli sürülən tələblərə cavab verməsi və magistrantın müdafiəyə hazırlığı barədə müvafiq qərar qəbul edilir.

Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir. Dissertasiyanın müdafiəsi təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradılmış ixtisaslaşdırılmış şuranın iclasında aparılır.

Magistratura səviyyəsini bitirən şəxslərə „magistr“ ali elmi-ixtisas dərəcəsi verilir. „Magistr“ dərəcəsi magistrlik dissertasiyalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yaradılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.

1754 dəfə baxılıb

Sosial şəbəkələr

Faydalı linklər