“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi Zəfər Gününə həsr olunmuş “Gənc Tədqiqatçıların Elmi Məqalələr Toplusu” jurnalına məqalə qəbulu elan edir.

 

  1. Məqalələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunur.
  2. Məqalənin adı altında müəllifin adı, soyadı, fəaliyyət göstərdiyi və ya təhsil aldığı müəssisə və email ünvanı göstərilməlidir.
  3. Məqalənin sonunda 3 dildə xülasə (məqalənin adını yazmaq şərtilə) və açar sözlər verilməlidir və hər 3 dildə yazılmış xülasələr məzmunca eyni olmalıdır.
  4. Məqalələr Word Document fayl şəklində; Arial 14 şrifti ilə, 1,5 intervalla yazılmalıdır.
  5. Məqalədə şəkil və illüstrasiyalardan istifadə olunubsa, onlar ayrı fayl şəklində göndərilməlidir.
  6. Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir. Nümunə: Axundov. A. (2003). Dil və ədəbiyyat. Bakı: Gənclik.
  7. Mətnin içində istinadlar müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməlidir. Nümunə: (Axundov, 2007: 114).
  8. Məqalə bir və ya bir neçə müəllif tərəfindən yazıla bilər.
  9. İstinadlar müəllifin adı yazılmaqla kitabın adı, çap olunduğu nəşriyyat, il və səhifə göstərilməklə qeyd olunur.
  10. İnternet mənbəyinə istinad edilərkən veb səhifədəki materialın adı və yayımlandığı il (mötərizədə) qeyd olunmalıdır.
  11. Məqalənin plagiat olub, olmaması yoxlanılacaq və plagiat aşkarlanarsa, qəbul edilməyəcəkdir.
  12. Məqalələr e-mail vasitəsilə ( mail@gead.az  və ya mail.gead@gmail.com) qəbul edilir.
  13. Qeydiyyat: https://forms.gle/v1yRF4QP9tD4n1Sj8
  14. Məqalələrin qəbulu üçün son tarix: 30.10.2022